"İQNA", "Rəyul-yəvm"-ə istinadən xəbər verir ki, Əl-Əzhər Şeyxi, "İbrahimi dini" adlı bir terminin təbliğ edilməsinə reaksiya verərək demişdir: "Belə bir mövzuya çağırış etmək narahatedici yuxu və fikir azadlığının əlindən alınmasıdır. Daha çox qloballaşma və tarixin sonu kimi terminlərə bənzəyir."
O, qeyd edib ki, baxmayaraq ki, zahiri olaraq bu, insan cəmiyyətinin birliyinə və münaqişələrin səbəblərini aradan qaldırmağa dəvətdir. Amma əslində bu, insanların ən qiymətli sərvətlərini, yəni inanc və seçim azadlığını müsadirə etməyə dəvətdir.
Qeyd etmək lazımdır ki, son zamanlar müxtəlif çevrələrdə “İbrahim dini” ifadəsi təbliğ olunur. Bildirilir ki, onun məqsədi yəhudi, xristian və islam dinləri arasında birlik yaratmaq və insanlar arasında olan çətinlikləri və qarşıdurmaları aradan qaldırmaqdır. Xüsusilə bəzi ərəb ölkələri ilə sionist rejim arasında münasibətlərin qurulmasından sonra bu termin, daha çox yayılıb.