IQNA

Vyana Kitab Sərgisində Şiə Ensiklopediyasının təqdimat mərasimi

18:50 - November 10, 2021
Xəbər sayı: 3491171
Beynəlxalq "İlogos" Nəşriyyatı, Avstriyanın paytaxtı Vyanada "Vyana Beynəlxalq Kitab Sərgisi"ndə ingilis dilində 50 cildlik Şiə Ensiklopediyasının on dörd cildini təqdim edib.

"İQNA"-nın verdiyi xəbərə əsasən, bu sərgi 10 noyabr 2021-ci il, Vyanada başlayıb. Noyabrın 14-dək 5 gün davam edəcək.

Vyanada Beynəlxalq "İlogos" Nəşriyyatı, dünya səhnəsində "Şiə elmi disqusiyasını" təqdim edir. Habelə Vyana Beynəlxalq Kitab Sərgisində fəal iştirak edəcək. Bu sərgi, Avstriyada hər il keçirilən ən böyük mədəni tədbirdir.

Şiə beynəlxalq nəşri, ilk dəfədir ki, bu sərgidə iştirak edir. Şiəlik və şiə araşdırmalarının nailiyyətlərini təqdim etməklə, şiəliyin təlimlərini xarici dillərdə tanıtdırır.

O, Cümə axşamı günündən etibarən ictimaiyyətə açıq olacaq. Beynəlxalq "İlogos" Nəşriyyatı, D salonundakı 22-ci bölümdə ziyarətçilər üçün açıq olacaq.

Beynəlxalq "İlogos" Nəşriyyatı, bu beynəlxalq tədbirin ilk günündə son elmi əsəri olan 50 cildlik Şiə Ensiklopediyasının on dörd cildini ingilis dilində təqdim edəcək.

Bu Ensiklopediyanın müəllifi professor Həmid Kəsiridir. Bu əsər keçən il Vyanada beynəlxalq "İlogos" Nəşriyyatı tərəfindən Alman dilində nəşr edilmişdi.

4011996

captcha