IQNA

Əl-Əzhərin cəmiyyətdə dini bəhsləri bəyan etmək üçün yeni təşəbbüsü

13:42 - November 15, 2021
Xəbər sayı: 3491202
Əl-Əzhər, Misir cəmiyyətində dini diskursun yenilənməsi üçün yeni və görünməmiş bir addımla "Mədəni kafelər" adlı layihəyə start verib.

Əl-Əzhərin cəmiyyətdə dini bəhsləri bəyan etmək üçün yeni təşəbbüsüİQNA, "Sky News"-a istinadən xəbər verir ki, Əl-Əzhər, misli görünməmiş bir hərəkətlə bu mərkəzin dini müzakirələri yeniləmək üçün səylər edir. O, "mədəni kafelər" adlı layihəyə start verib. Onlar, bu vasitə ilə təbliğat-təşviqat fəaliyyəti həyata keçirməyə, müxtəlif dini, sosial-mədəni məsələlər və digər məsələlər barədə bu ölkənin xalqını məlumatlandırmaq istəyir. Bu məsələ son saatlarda kiberməkanda geniş reaksiyalara səbəb olub.

Əl-Əzhər Misir İslam Araşdırmaları Assosiasiyasının baş katibi Nəzir Əyad, plan haqqında deyib: "İctimai yerlərdə təşkil olunan mədəni kafelər, məclislər insanlarla müsbət və cəlbedici ünsiyyət qurmaqda öz gücünü sübut edib. Çünki bu proqramlar bir növ təbliğat və maarifləndirici diskursa əsaslanır. İnsanlara şübhələri və skeptik anlayışları izah edir və onlarla bir növ qarşılıqlı və təsirli dialoqu təmin edir.

Əyad vurğulayıb: "Əl-Əzhər kişi və qadın vaizlərinin sahə proqramlarının, xüsusən də insanlarla birbaşa və üz-üzə ünsiyyət quran proqramların artırılması zərurəti ilə bağlı mühüm göstərişlər var. Əl-Əzhərin maarifləndirmə strategiyasını dəstəkləyir."

Əl-Əzhər strategiyasına əsasən, Qahirədəki Əl-Əzhər İslam Araşdırmaları Dərnəyinin kişi və qadın təbliğçiləri əl-Əzhər paltarları ilə şəhərin müxtəlif yerlərindəki kafelərə gedirlər. Kafelərin müştəriləri ilə söhbət edir, onlarla din və dünya haqqında danışırlar. Onlar, camaatın fikirlərini də dinləyirlər.

O, bu proqramın nəticələrini müsbət və çox yaxşı qiymətləndirərək deyir: "Gənclər çox vaxt namaz, evlilik, boşanma kimi ibadətlərdən danışırlar. Yaşlı insanlar daha çox zəkat və irs haqqında soruşurlar. Bu məsələ xalq tərəfindən müsbət qarşılanıb. Onlar, təbliğatçılara hörmətlə yanaşırlar. Çünki xalqın Əl-Əzhərə sevgisi Misirdə və onun hüdudlarından kənarda hələ də mövcuddur.

4013245

captcha