IQNA

Kərbəlada 8-ci İmam Baqir (ə) Mədəniyyət Konfransı keçiriləcək

11:09 - November 17, 2021
Xəbər sayı: 3491213
İmam Baqirin (ə) Səkkizinci İllik Mədəniyyət Konfransının Koordinasiya Komitəsi, İraqda bu konfransda iştirak etməyə çağırış edib.

"İQNA", "Əl-Kəfil" dünya kanalına istinadən xəbər verir ki, "İmam Baqir (ə) parlayan ay və hər şeyi əhatə edən bayraq" şüarı ilə 8-ci İllik Mədəniyyət Konfransı, 2 fevral 2022-ci ildə Kərbəlada keçiriləcək. Bu Konfransın Koordinasiya Komitəsi, tədqiqatçı və mütəxəssisləri bu mədəni konfransda iştirak etməyə dəvət edib.


Konfransın koordinasiya komitəsinin üzvü Seyyid Əqil Əbdül-Hüseyn Əl-Yasiri deyib: "Bu konfrans İmam Baqirin (ə) mövludu münasibəti ilə Həzrət Abbasın (ə) müqəddəs Astanının fikri və mədəni işlər şöbəsi, eləcə də dini işlər şöbəsi tərəfindən keçiriləcək. Çünki o həzrətin həyatı, yüksək insani dəyərlər və geniş elmlərlə doludur.


O, əlavə edib ki, bu konfransın mövzusu, İmam Baqirin (ə) zamanında baş verən azğınlıq və bu İmamın onunla mübarizədə rolu haqqındadır. Bu konfrans, aşağıdakı üç mehvərdə olacaq:

1_ Mənəvi sapma
2_ İqtisadi sapma
3_ İntellektual və ideoloji sapma

Bu konfransda iştirak etmək istəyənlər suallarını conf@alameedcenter.iq elektron ünvanına göndərə bilərlər.

4013743

captcha