IQNA

Fransa şəhərlərində İslam əsərlərinin sərgiləri keçiriləcək

19:07 - November 19, 2021
Xəbər sayı: 3491223
Parisdəki Luvr Muzeyi İslam incəsənət Qrupu ilə birgə Fransanın 18 şəhərində İslam əsərləri sərgiləri keçiriləcək.

İQNA, "Euronews"-a istinadən xəbər verir ki, noyabrın 20-dən martın 27-dək Fransanın 18 şəhərində İslam əsərləri sərgiləri keçiriləcək.

Bu sərgilərdə 210 İslam əsəri, o cümlədən Quran yazı lövhəsi, fil sümüyündən olan xəncər, metal qalxanlar, İran xalçası, Hindistandan və Mərakeşdən olan qədim astrolablar nümayiş olunacaq.

Nant, Klermon və Sent Denis bu unikal sərgilərə ev sahibliyi etmək üçün ən vacib şəhərlər sırasındadır.
Sərgidə müasir müsəlman sənətkarın əsərləri də nümayiş olunacaq.

4014379

captcha