IQNA

12:55 - November 22, 2021
Xəbər sayı: 3491240
"Muslim Hands" (Müsəlman Əlləri), Birminghamdan bütün dünyaya kömək etmək üçün yaranmış xeyriyyə təşkilatıdır. Birmingemdəki kiçik bir xeyriyyə təşkilatından tədricən 30-dan çox ölkədə beynəlxalq yardım agentliyinə və QHT-yə çevrilib.

"İQNA", xəbər verir ki, xeyriyyəçilik və maddi problemlərdən əziyyət çəkən insanlara kömək etmək müxtəlif icmalarda və fərqli dərəcədə görülən işlərdəndir. Bir çox insanların təsəvvürünün əksinə, xeyriyyə təşkilatlarının hökumətlə əlaqəsi yoxdur. Daha doğrusu, bu təşkilat və qurumların əksəriyyəti qeyri-hökumət təşkilatlarıdır və xalq tərəfindən yaradılıb.

Əksər xeyriyyə təşkilatları yoxsulluğun aradan qaldırılmasına və yoxsullara maliyyə və ərzaq yardımına diqqət yetirir. Amma bu yardım təkcə iqtisadi yardımla məhdudlaşmır. Xeyriyyə təşkilatlarının məqsədlərindən biri də icmalarda yoxsulluğu azaltmaqdır. Bu səbəbdən, insanların təlim vasitəsilə müxtəlif peşələri öyrənərək gücləndirilməsi xeyriyyə təşkilatlarının da gündəmindədir.

Müsəlmanlar da, İslam şəriətinin təkidinə əsasən, başqalarına kömək etməkdə böyük addımlar atıblar. Bu, xüsusilə müsəlmanların azlıq təşkil etdiyi Qərb ölkələrində daha gözə çarpır. Müsəlmanlar insanların vəziyyətini yaxşılaşdırmaq və yoxsullara kömək etmək məqsədi ilə təşkilatlar və dərnəklər yaratmışlar.

Çoxlu müsəlman əhalisinə ev sahibliyi edən Avropa ölkələrindən biri olan Böyük Britaniyada bir neçə İslam xeyriyyə təşkilatı var. "Müsəlman Əlləri" bu ölkə müsəlmanlarının qurduğu xeyriyyə təşkilatlarından biridir. O, Britaniya ilə yanaşı, dünyanın digər yerlərində də ehtiyacı olanlara kömək edir.

“Müsəlman Əlləri”nin hekayəsi 1990-cı illərin əvvəllərinə və Balkan münaqişəsinin qızğın çağına gedib çıxır.

Bu xeyriyə təşkilatı, Birmingemdəki kiçik bir xeyriyyə təşkilatından tədricən 30-dan çox ölkədə beynəlxalq yardım agentliyinə və QHT-yə çevrilib."Müsəlman Əlləri" rəhbərlərinin sözlərinə görə, təşkilatın məqsədi müxtəlif məntəqələrdə insanları yoxsulluq və xəstəliklərdən azad etməkdir. Həmçinin ehtiyacı olan insanların istedadlarını kəşf etmək və yetşişdirmək məqsədi ilə onlara etik, effektiv, səmərəli və şəffaf şəkildə təhsil verməkdir. Xeyriyyə cəmiyyəti bütün dünyada məktəblər, səhiyyə klinikaları və dolanışıq proqramları kimi uzunmüddətli layihələr yaratmışdır.

4014993

Ad:
E-poçt:
* Comment:
* captcha: