IQNA

14:20 - November 26, 2021
Xəbər sayı: 3491262
Banqladeşdə dini şövqün artması ölkənin bank sistemini dəyişdirdi və İslam banklarının sayını artırdı.

İQNA, "Asia Nikkei"-yə istinadən xəbər verir ki, bu ilin əvvəlində iki Banqladeş bankının İslam bankçılığına keçmək üçün atdığı addımdan sonra indi bütün bank depozitlərinin dörddə biri dini quruluşları olan müəssisələrin payına düşür.

Banqladeşdə lisenziyalı 61 bankdan 10-u hazırda tam İslam bankıdır. Başqa bir ənənəvi bank qrupunun filiallarında islami bankomatlar var ya filialları tamamilə islami fəaliyyət göstərirlər. Bunlara bu dünyəvi ölkədəki bir sıra rəsmi dövlət bankları, eləcə də keçən il İslam şəriətinə əsaslanan ilk xidmətlərini əlavə etmiş iki özəl sektor bankı daxildir.

Daha bir ənənəvi bankın tam olaraq İslam bankına çevrilməsi məsələsi nəzərdən keçirilir. Bir neçə digər bank statusun dəyişdirilməsi üçün müraciət edib və ya dəyişiklik etmək üçün tənzimləyici lisenziya almağı düşünür.

Bu yaxınlarda öz 132 filialının hamısında islami xidmətlər göstərmək üçün nəzarət lisenziyası almış City Bank-ın baş direktoru Məşruh Arifin deyib: "Bu dəyişiklik ictimai tələblə bağlıdır. Korona virusu kimi artan təhlükələr səbəbindən insanlar indi daha dindar və dini qanunlardan xəbərdardırlar."

4016159 

Ad:
E-poçt:
* Comment:
* captcha: