IQNA

14:25 - November 26, 2021
Xəbər sayı: 3491263
Uzun müddət şer qoşduğuna görə "Şeyxuş-Şüəra" kimi tanınan veteran və məşhur əfqan şairi Bərat Əli Fədai Heravi 92 yaşında vəfat edib.

İQNA xəbər verir ki, Herat mədəniyyət fəalları Əfqanıstanın məşhur və qabaqcıl şairi Barat Əli Fədai Heravinin vəfat etdiyini bildiriblər.

Ustad Fədainin təxminən 92 yaşı var idi. Artıq bir neçə il idi ki, xəstəliklə mübarizə aparırdı.

Fədai Heravi, uzun müddət şer qoşduğuna görə "Şeyxuş-Şüəra" kimi tanınırdı. O, Herat şəhərində anadan olmuşdu. Şeirləri bir neçə ayrı kitabda çap olunub.

Bərat Əli Fədayi Heravi "Müqavimət" şeri yazmaqda məşhur idi. Onun şeirləri keçmiş Sovet İttifaqı ilə müharibə illərində xalq arasında və döyüş meydanlarında çox məşhur idi.

Xatırladaq ki, Heratın bəzi mədəniyyət xadimləri, bu yaxınlarda Fədayi Heravinin mədəni fəaliyyətlərinə görə, "Nazim Heravi" ədəbi birliyinin adını "Bərat Əli Fədayi Heravi" adlandırmışlar.

14000904000261

Ad:
E-poçt:
* Comment:
* captcha: