IQNA

Əfqanıstanda daşqın nəticəsində 20 nəfər həyatını itirib

20:04 - August 22, 2022
Xəbər sayı: 3492776
Əfqanıstanın paytaxtı Kabil yaxınlığındakı Loqar vilayətində baş verən daşqın nəticəsində 20 nəfər həyatını itirib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliti) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil yaxınlığındakı Loqar vilayətində baş verən daşqın nəticəsində 20 nəfər həyatını itirib.

Loqar valisi Mövləvi İnayatullah Şuca mətbuata açıqlamasında ötən gün səhər saatlarından başlayan leysan yağışın daşqına səbəb olduğunu bildirib.

Loqarın Hosi mahalında baş verən seldə 20 nəfərin həyatını itirdiyini bildirən Şuca 32 nəfərin yaralandığını, sel suyunda qalan 4 nəfərdən isə hələ də xəbər olmadığını bildirib.

Şuca qeyd edib ki, sel nəticəsində 3 mindən çox ev zərər çəkib.

Təbii Fəlakətlərlə Mübarizə Loğar vilayətinin sədri Mövləvi Abdullah Müfəkkir sel fəlakətinin təsirli olduğu bir çox kənddə insanların qapalı vəziyyətdə qaldığını və xilas olunmağı gözlədiyini bildirib.

Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət Nazirliyinin sözçüsü Məhəmməd Nesim Hakkani bildirib ki, son bir ayda ölkə daxilində baş verən daşqınlarda 165 nəfər ölüb. Hakkani qeyd edib ki, bu dövrdə minlərlə hektar ərazi də seldən zərər çəkib.

captcha