IQNA

Dubayda İslam Mikromaliyyə Xidmətlərinin Ümumdünya Assambleyası keçiriləcək

18:35 - November 27, 2021
Xəbər sayı: 3491271
İslam Mikromaliyyəsi üzrə 10-cu Beynəlxalq Konfrans (GIMF) 12-14 dekabr 2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

İQNA, "Zawya"-ya istinadən xəbər verir ki, builki sammitin mövzusu dünya yoxsulluğunu azaltmaq üçün innovativ strategiyaları araşdırmaqdır.

Builki sammitdə 30-dan çox ölkədən iştirakçıların iştirakı gözlənilir. Tədbirdə 25-ə yaxın beynəlxalq məruzəçi çıxış edəcək. Çıxış edənlərin əksəriyyəti İslam maliyyələşdirmə sisteminin müxtəlif sahələrində və müxtəlif sənayelərdə fəaliyyət göstərən menecerlər və ekspertlərdir.

Tədbirin təşkilatçılarının fikrincə, qarşıdan gələn sammit İslam maliyyə xidmətləri sənayesi ilə məşğul olanlara ümumi platformaya qoşulmağa kömək edəcək. Həmçinin sənayelərin real və innovativ üsullarla inkişafı üçün şəbəkə yaratmaq və gücləndirməsinə kömək edəcək.

Əl-Huda İslam Bankçılıq və İqtisadiyyat Mərkəzinin (CIBE) icraçı direktoru Məhəmməd Zubeyr deyib: "Yoxsulluq qlobal problemdir. Amma ən narahatedici vəziyyət bu yoxsulluğun böyük hissəsinin müsəlman ölkələrində olmasıdır. Müsəlmanların yaşadığı ölkələrdə yoxsulluğun azaldılması mədəni və sosial dəyərlərin tətbiqi üçün yaxşı platforma tələb edir. Bu da, yalnız İslam mikromaliyyə xidmətləri vasitəsilə mümkündür."

Bu tədbir, hər il Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi (CIBE) və İslam Özəl Sektorun İnkişafı Şirkəti (ICD) tərəfindən himayə olur. ICD özəl sektorun inkişafı sahəsində aparıcı İslam çoxtərəfli maliyyə müəssisələrindən biridir.

4016260

captcha