IQNA

14:59 - November 30, 2021
Xəbər sayı: 3491288
Qahirədə müxtəlif sufi təriqətləri İmam Hüseynin (ə) şərəfinə çərşənbə axşamı Qahirədə möhtəşəm mərasim keçirəcəklər.

"İQNA", "Əl-vifd"-ə istinadən xəbər verir ki, bu mərasim, Sufilərin müxtəlif məzhəbləri tərəfindən tarixi bir hadisə ilə əlaqədar keçirilir. Bir sıra tarixçilər, eləcə də sufi təriqətləri buna inanır. Bu şəxslərin dediyinə görə, İmam Hüseynin (ə) pak başı Kərbəlada şəhadətindən sonra Şama aparılıb. Oradan indiki Fələstinin Aşkelon bölgəsinə, oradan da Qahirəyə köçürülüb. Nəhayət, bu şəhərdə və İmam Hüseyn (ə) məscidində böyük hörmətlə dəfn edilib.

Hər il Rəbiüs-Sani ayının sonuncu çərşənbə axşamında müxtəlif sufi təriqətləri Qahirənin Cəmaliyyə məhəlləsindəki İmam Hüseyn (ə) məscidində bu mühüm tarixi hadisəni yad edirlər.

4017290

Ad:
E-poçt:
* Comment:
* captcha: