IQNA

YUNESKO Qüdsdə aparılan qeyri-qanuni qazıntıları araşdırsın

14:49 - December 05, 2021
Xəbər sayı: 3491315
Fələstin rəsmiləri, şənbə günü (dekabrın 4-də) YUNESKO-nu Qüds şəhərinin altında aparılan qeyri-qanuni qazıntıları araşdırmaq üçün rəsmi olaraq istintaq komitəsini göndərməyə çağırıb

"İQNA", "Şinhuva Ərəbi"-yə istinadən xəbər verir ki, Fələstin Administrasiyasının Qüds məhkəməsinin müşaviri Əhməd əl-Ravizi Fələstinin səsi radiosuna bildirib: "UNESCO-dan şəhərin altında, xüsusən də Məscidül-Əqsada aparılan qazıntıları araşdırmaq üçün Əl-Qüdsə bir araşdırma komissiyası göndərməsi istənilib."

Əl-Ravizi, qədim Qüds şəhərinin bir hissəsində torpaq sürüşməsindən sonra sionist rejimin Qüdsdəki hərəkətlərinin qarşısında bu təşkilatı öz məsuliyyətini yerinə yetirməyə çağırıb.

O, əlavə edib: "Məscidül-Əqsa"nı təhdid edən təhlükənin iki səbəbi var: Birincisi, sionist mühacirlərin Məscidül-Əqsaya gündəlik hücumları ilə bağlıdır. İkinci səbəb isə fələstinlilərin xəbəri olmadan Qüds şəhəri və Əl-Əqsa məscidi altında aparılan qazıntılarla bağlıdır."

O, beynəlxalq ictimaiyyəti təxribata son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb. O, həmçinin İsrail hökumətini qazıntıları açıqlamağa çağırıb.

4018501

Ad:
E-poçt:
* Comment:
captcha