IQNA

Türkiyədə zəlzələyə qarşı məscid

21:46 - December 14, 2021
Xəbər sayı: 3491373
Türkiyənin Samsun vilayətində səkkiz yüz il yaşı olan və mismardan tikilməyən taxtadan tikilmiş məscidin xüsusi memarlığı ziyarətçilərin marağına səbəb olub.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Türkiyənin şimalında yerləşən 800 illik taxta məscid sübut edir ki, yaxşı sənət və bacarıq, zamanın sınağına tab gətirə bilər.

Göğceli məscidi, miladi 1206-cı ildə Samsun vilayətinin Çərşənbə bölgəsində mismar, vint və yapışqan istifadə edilmədən tikilmişdir.

Təəccüblüdür ki, Türkiyənin ən qədim taxta məscidi olan bu bina hələ də fəaliyyət göstərir. Gündə beş dəfə 300 nəfərin ibadət yeri kimi istifadə olunur.

Anadolu memarlığının güclü nümunələrindən olan bu məscidin divarları elə tikilib ki, çox zəlzələ olan Türkiyədə səkkiz əsr keçsə də, ona bir şey olmayıb.

Bu binanın özünəməxsus elastik quruluşu onun strukturunu zəlzələlərdən qoruyur. Dağılmaq əvəzinə strukturun hərəkət etməsinə şərait yaradır. Məlumatlara görə, məscid güclü zəlzələ nəticəsində dağılarsa, sütunların bucağı elə olur ki, bu, tikilinin Məkkə istiqamətində uçmasına səbəb olur.

4020103

Ad:
E-poçt:
* Comment:
captcha