IQNA

Misir Məclisi Quranın yeni təfsirini tərtib etməyi nəzərdən keçirib

14:26 - December 22, 2021
Xəbər sayı: 3491421
Misir Məclisinin Dini Komitəsi, iclas zamanı İslamın mötədilliyini və ekstremizmə qarşı mübarizə kontekstində Qurani-Kərimin yeni təfsirinin formalaşdırılması təklifinə baxıb.

"İQNA", "Misravi"-yə istinadən xəbər verir ki, Misir Məclisinin dini komitəsi, komitənin sədri və Məclisin üzvü Yusif Əs-Seyyid Amirin Qurani-Kərimin hərtərəfli və yeni təfsirinin hazırlanması ilə bağlı irəli sürdüyü təklifi müzakirə edib.

O, yeni təfsirin İslami mötədilliyi və ekstremizmə qarşı mübarizə kontekstini əks etdirməli olduğunu izah edərək deyib: "Bu, ekstremist qrupların istinad etdiyi hədislərə cavabdır."

Məclisin Dini Komitəsinin iclasında iştirak edən Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə də, Qurani-Kərimin yeni təfsiri ilə bağlı təklifi bəyənib və vurğulayıb: "Zaman keçdikcə insanların Qurani-Kərimin təfsir kitablarına daha çox ehtiyacı var. Bu yaxınlarda təfsir kitablarının ingilis dilinə tərcüməsi 3000 nüsxə çap edilərək satılıb."

4022590

 

Ad:
E-poçt:
* Comment:
captcha