IQNA

Arizona İslam Mərkəzinə edilən hücum pislənib

15:26 - December 31, 2021
Xəbər sayı: 3491472
Amerika Müsəlman Şurası, bu həftənin əvvəlində Arizona ştatının Tucson şəhərində naməlum şəxslərin İslam mərkəzinə hücumunu pisləyib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Amerika Müsəlman Şurası bəyanat yayaraq, bu addımı pisləyib. Onlar deyib ki, ayrı-ayrı şəxslərə dini vəzifələrini yerinə yetirməkdə dəstək olmaq, məscidlərin təhlükəsizliyini qorumaq zərurətə çevrilib.

Yayılan videoya görə, üç nəfər (iki qadın və bir kişi) Tucson İslam Mərkəzinin qapı və pəncərələrinə daş atıblar. Onları dayandırmaq istəyən bir şəxs də hücuma məruz qalıb.

Tucson İslam Mərkəzinin idarə şurasının üzvü Suheyl, bildirib ki, bu hadisə nəticəsində mərkəzin gözətçisi göz nahiyəsindən xəsarət alıb və bu mərkəzin pəncərələrindən biri daş atılması nəticəsində dağılıb.

4024386

Ad:
E-poçt:
* Comment:
captcha