IQNA

Kazimeyn ziyarətgahında qızlar üçün Quran tədrisi kursu açılıb

14:07 - January 11, 2022
Xəbər sayı: 3491548
Müqəddəs Kazimeyn Astanının Qurani-Kərim Mərkəzi, iraqlı qızlar üçün xüsusi Quran proqramı təşkil edib.

"İQNA", "Qaf" Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, Kazimeyn hərəminin Mədəniyyət İşləri Şöbəsinin nəzdində olan Qurani-Kərim Mərkəzi, dini mədəniyyəti gücləndirmək üçün qızlara məxsus xüsusi proqram keçirib.

Bu Quran proqramına namazın öyrədilməsi, dəstəmaz alma təlimi və digər mövzular kimi dini, mədəni və əyləncə bölmələri daxildir.

Təşkilatçılar bildiriblər ki, bu maarifləndirici və tədris fəaliyyəti Müqəddəs Kazimeyn Astanının Katibliyinin məqsədləri əsasında qızlara dəstək olmaq, onların Quran biliklərini gücləndirmək və onlara qayğı göstərmək məqsədi ilə yaradılıb. Çünki qızlar gələcəkdə ailənin və cəmiyyətin yaradılmasının təməl daşıdır.

4027774

captcha