IQNA

İslam Avropa mədəniyyətinin bir hissəsidir

12:56 - January 22, 2022
Xəbər sayı: 3491606
Almaniyanın daxili işlər naziri Nensi Fezer İslamın uzun illərdir Avropa mədəniyyətinin bir parçası olduğunu vurğulayaraq "İslam Almaniyaya aiddir" deyib.

"İQNA", "Anadolu" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Fezer Avropadakı islamofobiya ilə bağlı bunları deyib: "Təbii ki, İslam Almaniyaya aiddir. İslam dini uzun illərdir ki, Avropa mədəniyyətinin bir parçasıdır."

O, Almaniyanın immiqrasiya ölkəsi olduğuna və işçi qüvvəsinin cəlb edilməsi üçün ölkənin şərtlərinin hazırlanmasına diqqət çəkib.

Almaniyanın daxili işlər naziri, mühacirlərin qəbulu ilə bağlı ölkənin əmək bazarının çoxlu sayda mühacirə ehtiyacı olduğunu da vurğulayıb.

4030135

captcha