"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu vurğulayıb ki, dünyada, xüsusilə Avropada populist ritorika müsəlmanlara qarşı zorakılığı gücləndirir.
O, qeyd edib ki, bəzi Avropa ölkələrinin qanunları və bu ölkələrdə istifadə edilən siyasi dil islamafobiyanı qanuniləşdirir. Çavuşoğlu vurğulayıb ki, 15 mart 2019-cu ildə Yeni Zelandiyada edilən hücum müsəlmanların dünyanın heç bir yerində təhlükəsiz olmadığını göstərir. Buna görə də, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin bu tarixin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edilməsi ilə bağlı addımı mühüm addımdır.
O, BMT Baş Assambleyasını islamofobiyaya qarşı beynəlxalq gün təyin etməyə razı salmaq üçün hər kəsin çalışmasının vacibliyini vurğulayıb.