IQNA

46 ölkənin iştirak etdiyi Əlcəzair Beynəlxalq Quran Yarışması keçirilib

11:38 - February 20, 2022
Xəbər sayı: 3491775
17-ci Əlcəzair Beynəlxalq Qurani-Kərim Hifzi Yarışması virtual olaraq 46 ölkədən iştirakçılarla keçirilib.

"İQNA", "Bəvabətul-Əhram"-a istinadən xəbər verir ki, İslam dünyasının hər yerindən 46 ölkənin iştirakı ilə 17-ci Beynəlxalq Əlcəzair Quran Hifzi Müsabiqəsi fevralın 17-də keçirilib.

Əlcəzairin Vəqflər Nazirliyi verdiyi açıqlamada bu il müsabiqənin "Vərət-tilil-Quranə tərtilə" şüarı altında keçirildiyini və Rəcəb ayında Həzrəti Peyğəmbərin (s) meracının ildönümünə təsadüf etdiyini açıqlayıb. Halbuki əvvəlki dövrlərdə bu yarışlar Ramazan ayında keçirilirdi.

Korona epidemiyasının tətbiq etdiyi şərtlərə görə, bu müsabiqə video konfrans vasitəsilə keçirilib.

4037176

Teqlər: əlcəzair ، quran ، müsabiqə ، beynəlxalq ، hifz
captcha