IQNA

Halal Maliyyələşdirmə Proqramının köməyi ilə ev sahibi olurlar

9:42 - February 21, 2022
Xəbər sayı: 3491781
Kanadanın Alberta şəhərində faizsiz maliyyələşdirmə proqramı müsəlmanlara dini prinsiplərinə sadiq qalaraq ev sahibi olmağa kömək edir.

"İQNA", "CBC"-yə istinadən xəbər verir ki, İslamda faiz haramdır və bu, bəzi müsəlman kanadalıları ipoteka krediti götürməkdən çəkindirir. Bu o deməkdir ki, bir çox müsəlman kirayədə qalmaq məcburiyyətində qalır və ev almaq üçün kifayət qədər pul toplaya bilmir.

Edmontonda yerləşən Halal Kanada Maliyyə Şirkəti ötən ilin dekabrında yaradılıb. O, ev almaqda şərik kimi işləyir. Eyni zamanda, gəliri qorumaq üçün xərclər alır.

Əl-Rəşid məscidi adından proqrama nəzarət edən Blanca Lima deyib ki, dinimizin prinsiplərinə əməl etmək və eyni zamanda ailələrə ev almaqda kömək etmək çox gözəldir.

Əl-Rəşid məscidinin imamı Mahmud Ömərin sözlərinə görə, proqram İslam qanunlarına və Kanada qanunlarına riayət olunmasını təmin etmək üçün din alimləri və hüquqşünaslarla məsləhətləşərək yaradılıb.

4037605

captcha