IQNA

Hindistan müsəlmanları qaçılmaz soyqırım təhdidi ilə üzləşib

21:11 - March 01, 2022
Xəbər sayı: 3491835
204 milyon hindistanlı müsəlman nüfuzlu və hökumətlə sıx bağlı olan qeyri-dövlət subyektləriin soyqırım çağırışlarından sonra dəhşətli və ekzistensional təhdidlə üzləşib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, 204 milyon hindistanlı müsəlman nüfuzlu və hökumətlə sıx bağlı olan qeyri-dövlət subyektləriin soyqırım çağırışlarından sonra dəhşətli və ekzistensional təhdidlə üzləşib.

Bu fikri Hindistanda müsəlmanların soyqırımının qarşısının alınması məqsədi ilə keçirilən konfransda iştirak edən hüquq-müdafiəçiləri, alimlər və jurnalistlər səsləndiriblər.

Hindistan öz xaqının qayğısına qalmayan özgə rejim tərəfindən işğal edilib. (…) Hindistanın xarici qüvvələri tərəfindən işğalı ilə indiki baş nazir Modi rejimi arasında oxşarlıq var“, – deyə Haaqadakı Sosial Araşdırmalar İnstitutunun professoru Yan Breman bildirib.

Hindistanın Qucarat ştatında geniş araşdırmalar aparmış alim deyib ki, hindutva – induist millətçiliyi doktrini “təkcə müsəlmanları yox, Hindistan cəmiyyətinin digər üzvlərini də müdafiə və resurslardan məhrum edir.

Breman genetik üstünlük ideyası məsələsində hindutva və Adolf Hitlerin nasist ideologiyası arasında da oxşarlığın olduğunu qeyd edib.

Bundan başqa, “Hicab qadağası: müsəlman qadınların təqibi” adlı iclasda çıxış edənlər də Hindistanın Karnata ştatında məktəb və kollec şagird və tələbələrinə hicabla bağlı qadağanın tətbiq edilməsini də pisləyiblər.

Müsəlmanları zorlamaq və öldürmək çağırışları adi hala çevrilib, müsəlman qadınları qeyri-insan kimi göstərmək cəhdləri də artmaqdadır“, – deyə Hidnistanda qadınların hüquqları uğrunda mübarizə aparan cəmiyyətin üzvü Səbikə Abbas Nəkvi bildirib.

 

captcha