IQNA

19:58 - March 06, 2022
Xəbər sayı: 3491869
Martın 5-də Kərbəlanın mərkəzində yerləşən Beynul-Hərəmeyn bölgəsində İmam Hüseynin (ə) hərəminin Baş Katibliyinin nəzarəti altında Beynəlxalq Quran Sərgisi fəaliyyətə başlayıb. Bu sərgi Quran işləri üzrə müavin tərəfindən Beynəlxalq Quran gününün qeyd olunması münasibəti ilə açılıb.

"İQNA", İraqdan xəbər verir ki, bu sərginin açılış mərasimi İmam Hüseynin (ə) hərəminin rəhbəri Şeyx Əbdül-Mehdi Əl-Kərbəlainin, Müqəddəs Hüseyni Astanının baş katibi Hacı Həsən Rəşid, Kərbəla valisi və digər məsul şəxslərin iştirakı ilə olub.

Hüseyni Astanının Quran bölümünün media əməkdaşı Məhəmməd Xəlil çıxışında deyib: "Bu Quran sərgi Məbəs günü və Şəban ayındakı mövludlar ərəfəsində Beynəlxalq Qurani-Kərim Gününü qeyd etmək üçün beynəlxalq tədbir kimi hazırlanıb. Bu, bu tipli ilk sərgidir. Çünki beynəlxalq səviyyədə keçirilir. İştirakçı ölkələr İraq, İran, Suriya, Livan və Yəməndir.

4040632

Ad:
E-poçt:
* Comment:
* captcha: