"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Minnesota rəsmiləri Sent-Pauldakı Əl-İhsan məscidinə silahlı oğurluq etməkdə şübhəli bilinən şəxsləri həbs ediblər.
32 yaşlı Ceremi Allen Qlass və 34 yaşlı Kristofer Edvard Hyuz məscidi qarət etməkdə və oğurluğa yardım etməkdə ittiham olunublar.
Amerika-İslam Münasibətləri Şurası (CAIR) ABŞ-da müsəlmanların ibadət yerlərini qorumaq üçün daha çox təhlükəsizlik tədbirləri görməyə çağırışını təkrarlayıb.