IQNA

Livan Quran Cəmiyyəti müəllim vəzifəsinə dəyər verib

9:47 - March 13, 2022
Xəbər sayı: 3491905
Müəllimlər Günü mərasimi Livanın Bəraət və İrşad Quran Cəmiyyəti tərəfindən Livanın Nəbatiə şəhərində keçirilib. Burada bir qrup kişi və qadın müəllimlər mükafatlandırılıb.

"İQNA", xəbər verir ki, Qurani-Kərim İrşad Dərnəyi Müəllimlər Günü münasibətilə Livanın cənubundakı Nəbatiyyə şəhərində kişi və qadın müəllimləri təltif etmə mərasimi keçirib. Bu mərasim martın 10-da keçirilib.

Bu mərasim Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Bundan sonra Nəbatiyyə bölgəsindəki Qurani-Kərim cəmiyyətinin direktoru Şeyx Məhəmməd Zaun çıxış edib. Sonda mərasimdə iştirak edən bütün müəllimlər təşəkkür lövhələri ilə təltif edilib və onların zəhməti yüksək qiymətləndirilib.

4042105

captcha