IQNA

21:59 - March 26, 2022
Xəbər sayı: 3491973
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 695 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 781 641 nəfər müalicə olunaraq sağalıb, 9 679 nəfər vəfat edib, aktiv xəstə sayı 375 nəfərdir.

Ölkədə son sutka ərzində 2 696, hazırkı dövrədək isə 6 681 983 test aparılıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: