IQNA

"Real Madrid"in müsəlman futbolçusu oruc olaraq 3 qol vurub

15:51 - April 08, 2022
Xəbər sayı: 3492028
Məşhur müsəlman futbolçulardan biri, "Real Madrid"in futbolçusu Kərim Benzema Ramazan ayı olduu üçün bütün günü oruc tutub və daha sonra komandasıyla bərabər "Çelsi"ni 3:1 hesabı ilə məğlub edərək möhtəşəm nəticə göstərib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-yə istinadla xəbər verir ki, bütün günü yemək və maye içməyən Kərim Benzema futbol meydanına çıxmasından cəmi 13 dəqiqə əvvəl orucunu açıb və sensasion het-trik edib. Yəni ardıcıl 3 qol vurub.

Bu da İspaniya komandasına Çempionlar Liqasının 1/4 finalının ilk oyununu tam nəzarətdə saxlamağa imkan verib. 

Ramazan orucunun oyununa təsiri barədə jurnalistlərə verdiyi son müsahibədə Benzema belə deyib: “Orucun mənim oyunuma heç bir mənfi təsiri yoxdu. Ramazan həyatımın bir hissəsidir və inancıma görə oruc tutmaq mənim borcumdur. Bu, mənim üçün çox vacibdir və oruc tutanda özümü yaxşı hiss edirəm”...

captcha