IQNA

İordan çayının qərb sahilindəki iftar yeməyində xristianlar da iştirak edib

13:14 - April 11, 2022
Xəbər sayı: 3492045
Beytlehimin qərb sahilində yaşayan bir qrup xristian Ramazan ayı münasibətilə ehtiyacı olanlar üçün iftar süfrəsi hazırlamaqda və şəhərin küçələrini bəzəməkdə müsəlmanlarla əməkdaşlıq edir.

"İQNA", "Ərəb News"-a istinadən xəbər verir ki, yardım layihələri, küçələrin və bazarların bəzədilməsinə köməklik etmək, iftardan əvvəl su və xurma paylamaq xristianların Qərb Sahilindəki Beytlehem, Ramallah və Nablusda həyata keçirdikləri fəaliyyətlərdən bəziləridir.

41 yaşlı xristian Xəlil Kava müsəlman, xristian və samirililərin yan-yana yaşadığı Nablusda yol ayrıcında yoldan keçənlərə xurma və içməli su verir. O, deyir ki, bir xristian olaraq oruc tutanlara xurma və su paylamağımla qəribə bir iş gördüyümü düşünmürəm. Mən müsəlman, xristian və ya samirililərin arasında fərq qoymağı sevmirəm. Biz hamımız Fələstinliyik.

Bu 37 yaşlı kişi əlavə edib ki, o, Fələstinə və Beytləhmə mənsub olmaqdan qürur duyur və uşaqlıqdan məscid xalçalarının təmizlənməsi də daxil olmaqla könüllü işlərlə məşğul olub.

4048352

captcha