IQNA

Məscidül-həramda Ramazan Quran tilavəti layihələrinin sayı artırılıb

8:51 - April 11, 2022
Xəbər sayı: 3492046
Məscidül-həramın Quran dərnəklərinin müdiri müqəddəs Ramazan ayı ilə eyni vaxtda bu məsciddə Qurani-Kərim tədris dərnəklərinin artdığını açıqlayıb.

Məscidül-həramda Ramazan Quran tilavəti layihələrinin sayı artırılıb"İQNA", "Əl-Yəvmüs-Sabi"-ə istinadən xəbər verir ki, Məscidül-həramın və Məscidün-Nəbinin (s) İrşad və ümumi işlər nazirinin müavini Quran tilavəti layihələrinin sayının 10-a çatdırıldığını elan edərək, iki müqəddəs hərəmin tərbiyəvi və hidayət rolunu vurğulayıb.

Məscidül-Həram Quran Dərnəkləri İdarəsinin direktoru Bədrul-Məhəmmədi Ramazan ayının mübarək günlərində Məscidül-Həram zəvvarlarının xeyrinə olan və onların vaxtlarını səmərəli keçirən məsələləri həll etməyə can atdığını açıqlayıb.

O, əlavə edib ki, bu idarə müqəddəs Ramazan ayında Quran tilavəti layihələrinin bütün mərhələlərdə davam etdirilməsini vurğulayır. Çünki Uca Allah buyurur: "Bu, Quranın nazil olduğu Ramazan ayıdır. İnsanları doğru yola yönəldən, doğru yolu göstərən və haqqı batildən ayırd edən açıq-aydın dəlilləri ehtiva edən (kitabdır)."

4048341

captcha