"İQNA", İranın Dehlidəki mədəniyyət müşavirinə istinadən xəbər verir ki, Yazı sənətini canlandırmaq və Qurani-Kərimin nadir nüsxə kolleksiyaları ilə yanaşı qədim xəttatlıq üsullarını tanıtmaq məqsədilə Hindistanda Beynəlxalq Qurani-Kərim sərgisi keçiriləcək.
"Müqəddəs Sənətin Davamı" adlı bu sərgi Hindistan və İranda yazılmış Quran seçmələrini təqdim etməklə müasir dövrdə Qurani-Kərimin yazılışının qədim irsinin davamlılığının bir guşəsini tanıtmaq məqsədi daşıyır.
Bu sərgidə 60 nəfis əlyazma, Quran elmləri mövzusu ilə köçürülmüş on beş nüsxə və Hindistan və İran müsəlman rəssamlarının 160 əsəri ziyarətçi və həvəskarlara təqdim olunacaq.
Beynəlxalq Qurani-Kərim sərgisində ölkənin müxtəlif şəhərlərindən 10-a yaxın hindistanlı rəssam və İranın üç tanınmış rəssamı iştirak edəcək.
"Müqəddəs sənətin davamı sərgisi" beş gün ərzində müqəddəs Ramazan ayının 24-dən 28-nə kimi Heydərabad Müharibə Muzeyinin qərb tərəfində, Mir Abbas Yar Cəng zalında keçiriləcək.