IQNA

Belçikanın Anvers şəhərində Quranla üns mərasimi keçirilib

13:57 - May 02, 2022
Xəbər sayı: 3492165
"Quran, Əməkdaşlıq və Sülh Mesajı" adlı Quranla üns mərasimi Avropa Mərakeş Alimləri Şurası tərəfindən Ramazan ayı münasibətilə Belçikanın Anvers şəhərində təşkil olunub.

"İQNA", "nadorcity.com"-a istinadən xəbər verir ki, Belçikanın Anvers şəhərində yerləşən "Cəsrul-Əmanə" İslam Araşdırmaları Mərkəzi bu mərasimin təşkil olunmasında həmkarlıq edib.

Bu mərasim Şeyx Məhəmməd Tayyib Həmdanın Quran ayələrini tilavət etməsi ilə başlayıb. Avropa Mərakeş Alimləri Şurasının sədri Şeyx Tahir ət-Tackani Quranın fəzilətlərini sayıb və deyib: "Quran Uca Allahın Öz Peyğəmbəri Məhəmmədin (s) möcüzəsi adlandırdığı haqq kitabdır. Həmçinin Uca Allahın Qurani-Kərimdəki kəlamına görə, "paklardan başqası ona toxuna bilməz". (Vaqiə surəsi ayə 79).

"Cəsrul-Əmanə" İslam Araşdırmaları Mərkəzinin direktoru İbn Əlvəş Əbdür-Rəhman deyib: "Qurani-Kərim bizi bir-birimizi tanımağa, əməkdaşlıq etməyə dəvət edir. Əxlaq və yaxşı davranışa yiyələnmək bu Müqəddəs Kitabın başqa bir tövsiyəsidir".

Mərasimin sonunda iştirak edən kişi və qadınlara qiymətli hədiyyələr təqdim olunub və bu tədbirin təşkilatçılarının uğuru Uca Allahdan istənilib.

4053914

captcha