IQNA

Cənubi Sudanın xristian prezidenti müsəlmanlara təbrik mesajı göndərib

16:00 - May 04, 2022
Xəbər sayı: 3492178
Cənubi Sudan prezidenti Ramazan bayramı münasibəti ilə etdiyi müraciətində ölkədə milli sülhə çağırış edib.

"İQNA", "The City Review"-a istinadən xəbər verir ki, ​​Salva Kiir Mayardit mesajında bildirib ki, müsəlman dindarların və digər dinlərin ölkədə sülhün bərqərar olması üçün bu bayramlardan istifadə etmələrinin vaxtı çatıb.

O, bildirib ki, Cənubi Sudandakı müsəlman bacı və qardaşlarımız müqəddəs Ramazan ayının başa çatmasını qeyd etmək üçün dünya müsəlmanlarına qoşulub. Ailəm və mən onlara ən səmimi salamlarımızı göndəririk. Belə günlərdə duaya olan bağlılığımızı təzələməyə təşviq olunuruq.

Bu həm də ölkə olaraq sülh və bağışlanmağa xatir dua etmək üçün bir araya gəldiyimiz bir gündür.

Kier bu ölkənin müsəlmanlarına yazdığı məktubunda əlavə edib ki, biz bir ölkə olaraq yalnız sülh şəraitində birgəyaşayışı qəbul etsək tərəqqi edə bilərik.

O, müsəlmanları oruc tutmaq, səxavətli olmaq və Allah qarşısında məsuliyyətlə qeyd olunan bir aylıq fədakarlıqdan sonra Allahın təlimlərinə riayət etmək və öz aralarında yoxsullara kömək etmək istəyinə görə tərifləyib.

4054730

captcha