IQNA

Bəhreyndəki Quran Evində Quranın Çin dilində tərcüməsi var

20:36 - May 09, 2022
Xəbər sayı: 3492204
Qurani-Kərimin Çin dilində bir nüsxəsi Bəhreyndəki Quran Evində saxlanılır və indiyədək minlərlə nüsxə çap edilərək yayılıb.

"İQNA", xəbər verir ki, bu Quran 30 cüzdən ibarətdir və onun orijinal əlyazması Taypeydə saxlanılır.

Bu Quran məhdud sayda (təxminən min nüsxə) çap olunaraq Çindəki müsəlmanlar arasında hədiyyə olaraq paylanılıb.

Quranın bu versiyasında ayələrin və mövzuların tam mündəricatı var. Sonda Quranın bəzi sözlərinin mənalarının Çin dilində təfsiri də var.

Deyilir ki, tərcüməçi Hacı Əbdür-Rəhman Çan Ci Təvan Quranın bu nüsxəsini Çin İslam Assosiasiyasının o zamankı prezidenti Şeyx Xalid Ticuya hədiyyə edib.

4055510

kod
captcha