IQNA

10:32 - May 10, 2022
Xəbər sayı: 3492206
Misirli gənc Rəşad Əl-Camei qalıcı xeyir iş adlandırdığı bir işdə bütün Qurani-Kərimi mavi və qırmızı mürəkkəblə yazıb.

İQNA, xəbər verir ki, O, "Al-Watan News"a deyib: "Bu iş əvvəl Quranı gözəl şəkildə yazanların bəzilərini təqlid etməklə başlayıb. Amma bir müddət sonra həm sağlığımda, həm də ölümümdən sonra qalıcı xeyir iş etmək istədim və bunu etdim".

O, ərəb yazısını yazmağı öyrənməyib. Amma Quran ayələrini diqqətlə yazmağa başlayıb. Onun əli ilə yzdığı Quranı görən hər kəs təəccüblənir və deyir ki, o, bu işdə 26 ay necə əzmkarlıq göstərə bilib?

Rəşad Əl-Camei hər həftə Quranın bir neçə səhifəsini yazıb. Sonda o, bütün Quranı iki cilddə yaza bilib. Hər cilddə 15 cüz var.

Bu misirli gənc həmçinin ayrıca bir cilddə Kəhf və Məryəm surələrini yazıb. O, bu barədə deyib ki, Çünki universitetdə oxuyanda gördüm ki, bəziləri bu iki surəni oxuyur. Mən belə etdim ki, bu iki surəni rahatlıqla tapıb oxusunlar.

4055703

Ad:
E-poçt:
* Comment:
* captcha: