IQNA

10:23 - May 12, 2022
Xəbər sayı: 3492220
İslam dünyasının müxtəlif yerlərində Qurani-Kərimin yazılması, bəzədilməsi və cildlənməsi ənənələri bir çox oxşarlıqlara malikdir. Amma hər bölgədəki bu ənənələr o diyarın yerli sənətlərindən də təsirlənir. Ancaq aydın olan budur ki, hamı Quranı hazırlamaq və yazmaq işini sevgi ilə və mövcud olan ən yaxşı sənətlərlə yerinə yetirmişlər.

"İQNA", "Əl-Ərəbiyyul-Cədid"-ə istinadən xəbər verir ki, Qətər Milli Kitabxanası İslam dünyasının çoxlu ərəb əlyazmaları və Quran əlyazmaları olan mədəniyyət mərkəzlərindən biridir.

Ərəb Əlyazmaları İnstitutunun direktoru Murad əl-Rifi deyir: "Əlyazma nüsxələri mədəniyyət sərvətləridir ki, biz onların kiçik bir hissəsi əlimizdədir. Biz ətrafımızda baş verən əsaslı struktur dəyişikliklərini nəzərə almadan irsimizə qayıda bilmərik".

Qətər Milli Kitabxanasında 4000-ə yaxın əlyazma xəzinəsi var ki, onların da təxminən dörddə biri Quran nüsxələridir. Çürük dəri vərəqlər olan bu əlyazmaların ən qədimi hicri birinci və ikinci əsrlərə (miladi yeddinci və səkkizinci əsrlərə) aiddir.

Qətər Milli Kitabxanasında Quranın ən qədim əlyazma nüsxələrindən biri və ümumilikdə Qətərdə yazılmış ən qədim əlyazmalardan biri olan "Mushaf əz-Zəbarə" adlı Quran əlyazması var.

4055416

 

 

Teqlər: sənət ، Qətər ، Quran ، kitabxana ، əlyazma
Ad:
E-poçt:
* Comment:
* captcha: