IQNA

Mərakeşli müsəlman Britaniya tarixində ən gənc bələdiyyə sədri olub

10:34 - May 15, 2022
Xəbər sayı: 3492234
Bu yaxınlarda Londonda Vestminster Regional Şurasına seçilən müsəlman siyasətçi bu ölkənin tarixində ən gənc merdir.

İQNA, İngiltərənin Vestminster şəhərinin informasiya bürosuna istinadən xəbər verir ki, 22 yaşlı Həmzə Tavzal siyasi karyerasında daha bir dönüş nöqtəsinə çatıb və ilk müsəlman bələdiyyə sədri və Westminster Regional Şurasının ən gənc sədri olmağa hazırlaşır.

Bu yaxınlarda London Kral Kollecində beynəlxalq siyasət üzrə magistr dərəcəsini tamamlayan gənc müsəlman, ötən həftə işçi partiyasının yerli seçkilərdə qalib gəlməsindən sonra Vestminster Şəhər Şurasına seçilib.

4056868

captcha