IQNA

Fransada məscid beş aydan sonra yenidən açılıb

15:16 - May 17, 2022
Xəbər sayı: 3492245
Fransanın Beauvais şəhərində ekstremist moizələr oxunduğu iddiası ilə Fransa hökuməti tərəfindən bağlanılan məscid 5 aydan sonra müəyyən şərtlərlə yenidən açılıb.

İQNA, "Euronews"-a istinadən xəbər verir ki, Fransanın şimalındakı Beauvais şəhərindəki məscid beş ay əvvəl Fransa daxili işlər naziri Cerald Darmenin məscidin fransız dəyərlərinə zidd olan ekstremist moizələr üçün istifadə edildiyini iddia etməsindən sonra bağlanıb.

Lakin indi Fransanın şimalındakı Amiens rayonunun inzibati məhkəməsinin rəhbəri məscidin müvəqqəti olaraq yenidən açılmasına göstəriş verib. Onun sözlərinə görə, məscidin imamı vəzifəsindən azad edilib və sosial şəbəkələrdə məscid xütbələrinin dərci dayandırılıb və məscidin iş üsulu islah edilib.

Qeyd edək ki, Fransa paytaxtından 100 km şimalda yerləşən Beauvais şəhərindəki 50 min nəfərlik məsciddə hər gün 400-dən çox insan namaz qılırdı.

4057682

Ad:
E-poçt:
* Comment:
* :