IQNA

14:46 - May 18, 2022
Xəbər sayı: 3492249
Türkiyənin İstanbul şəhərindəki Ayasofya məscidində bazar günü, mayın 16-da Quran hafizlərinin yeni qrupunun buraxılış mərasimi keçirilib.

İQNA, "tr.agency"-ə istinadən xəbər verir ki, bu qrup 35 nəfərdən ibarət olub. Onların buraxılış mərasimi məscid imamları, valideynlər, tələbələr, Quran müəllimləri və xarici turistlərin iştirakı, Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Bu proqram Rəcəb Tayyib Ərdoğan adına məktəbdə Quranı bütünlüklə əzbərləməyi bacaran 35 şagirdə Quran hifzi sertifikatının verilməsi ilə başa çatıb.

Son illər bu kurslar tələbələr və onların ailələri tərəfindən rəğbətlə qarşılanıb. Son statistik məlumatlara görə, 2021-ci ildə 11773 tələbə Quranı əzbərləməkdə uğur qazanaraq, əzbərlik sertifikatı alıb.

4057728

Teqlər: Ayasofya ، Quran ، məzun ، Türkiyə ، İstanbul
Ad:
E-poçt:
* Comment:
* captcha: