IQNA

İordaniyada çapda səhv olunmuş Quran nüsxələri toplanıb

8:55 - May 21, 2022
Xəbər sayı: 3492260
iyanın Vəqflər Nazirliyi çap problemləri və bəzi ayələrin olmaması səbəbindən xaricdən gətirilən Quran nüsxələrinin toplanmasına göstəriş verib.

İQNA, "Ərəbi 21"-ə istinadən xəbər verir ki, İordaniyanın Vəqflər Nazirliyi çərşənbə günü bütün imamlardan, kişi və qadın xətiblərdən və Quran evlərinin müşahidəçilərindən ölkədə üç xarici qurum tərəfindən çap edilmiş nüsxələrdə olan səhvlərə görə onların toplanması istənilib.

Vəqflər Nazirliyinin baş katibi Abdullah Əl-Əqilin dediyinə əsasən, "Nisa" surəsinin 67-ci və "Ənfal" surəsinin 1-ci ayəsində orfoqrafik səhvə yol verilib və "Şuəra" surəsinin bəzi hissələri gəlməyib.

Qeyd edək ki, Qurani-Kərimin bu nüsxələrini nəşr edən qurumlar iordaniyalı deyil. Bu nüsxələrin naşirləri Şarcənin Darul-İsa, Dəməşqin Darul-Furqan və Darun-nəhzətul-elmiyyə intişaratları olub.

4058142

Teqlər: İordaniya ، çap ، Quran ، nüsxə ، səhv
Ad:
E-poçt:
* Comment:
* :