IQNA

Rusiya gənc müsəlman alimlərinin müsabiqəsi keçirilib

10:49 - May 31, 2022
Xəbər sayı: 3492321
Dağıstanda rusiyalı dindar tələbələr üçün dini elmlər, Quran və namaz üzrə xüsusi müsabiqə keçirilib.

İQNA, "İslam Raşa"-ya istinadən xəbər verir ki, Dağıstanın cənubundakı Xasavyurt şəhərində Səid Beyq Daytovun (mərhum rus alimlərindən biri) xatirəsinə din alimləri və gənc rus müsəlman hafizləri üçün müsabiqə keçirilib.

Müsabiqə mayın 24-də başlayıb və Rusiyanın hər yerindən 270-dən çox gənc bu müsabiqədə iştirak edib. İştirakçılar İslam maarifi, Quran tilavəti və namaz üzrə yarışıblar. Hər kateqoriya üzrə ilk yeddi yeri tutan iştirakçılar finala yüksəlib.

Sonda dini maarif və Quran hifzində qalib gələn şəxslərə avtomobil, namaz bölməsində isə qalibə pul mükafatı verilib.

4060803

Ad:
E-poçt:
* Comment:
* :