Quran hafizlərinin təqdir olunma mərasimi ölkənin "Şərqiyyə" əyalətində gənc və məşhur misirli qari Mahmud Şəhhat Muhəmməd Ənvərin iştirakı ilə keçirilib.

İQNA, "Əş-şuruq News"-a istinadən xəbər verir ki, bu mərasimdə Misir prezidentinin dini məsələlər üzrə müşaviri Usamə əl-Əzhari də iştirak edib. Bu tədbir Şərq Qubernatorluğuna bağlı Əl-Hüseyniyyə Mərkəzində keçirilib.
Şeyx Üsamə Əl-Əzhəri və Şəhat Ənvər müsabiqə iştirakçılarının səviyyəsini, qiraət və əzbərləmə bacarıqlarını yüksək qiymətləndirib və qalibləri təbrik ediblər.
Bu yarışlarda ən yaxşı hafizlər mükafatlandırılıb və xatirə şəkli çəkdirilib.