IQNA

Zambiyada "İslamda valideynlərin məqamı" adlı televiziya proqramı hazırlanıb

17:56 - June 27, 2022
Xəbər sayı: 3492456
Zambiya "ZNBC" Milli Televiziyası Ümumdünya Atalar Günü münasibətilə İslamda valideynlərin rolu mövzusunda proqram yayımlayıb.

İQNA, Zambiyadan xəbər verir ki, 19 İyunda Dünya Atalar Günü münasibəti ilə yayımlanan bu proqramda ingilis dilində Zambiya İslam Mərkəzinin direktoru və İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının bu ölkədəki nümayəndəsi Seyyid Möhsin Musavizadə Cəzairi İslamda valideynlərin məqamını izləyicilərə izah edib.

Proqramda uşaqların İslamda ata-anaya qarşı vəzifələri də müzakirə olunan digər mövzular olub. Höccətül-islam Musəvizadə Cəzairi Allaha ibadətdən sonra valideynə qarşı ehsan etməyin ən mühüm İslam dəyərlərindən olduğunu vurğulayıb.

O, yaxşı valideynlərin xüsusiyyətlərini də vəsf edərək deyib: "Övladlar ilahi nemətlər və əmanətlərdir, heç bir hesabı və ya kitabı olmayan mülk deyil. Qiyamət günü bu nemətin hesabını verməliyik".

4065646

 

Ad:
E-poçt:
* Comment:
* :