IQNA

Berlində Qədir-Xum bayramında Quran kurslarının sona çatması mərasimi keçirilir

15:53 - July 17, 2022
Xəbər sayı: 3492565
Berlindəki İmam Əli (ə) İslam Mərkəzi Qurani-Kərim təlim kurslarının sona çatmasını Qədir-Xum bayramının xüsusi proqramında qeyd edir.

"İQNA", xəbər verir ki, Berlindəki İmam Əli (ə) İslam Mərkəzinin Uşaq və Yeniyetmələr Bölməsi Qədir-Xum bayramı münasibətilə xüsusi mədəni-maarif proqramlarının davamı olaraq, Quran, fars dili və əvvəllər bu mərkəzdə keçirilən həyat bacarıqları üzrə təlim kurslarının sona çatmasını qeyd edir.

Bu gün keçiriləcək bu mərasimdə uşaqlar, yeniyetmələr, valideynlər və Əhli-beyt (ə) aşiqləri iştirak edəcəklər.

Bu proqramda şagirdlərə lövhə və xüsusi hədiyyələr təqdim ediləcək. Həmçinin uşaq və yeniyetmələr üçün şən və rəngarəng proqramlar, o cümlədən şeir və mahnılar, müxtəlif və həyəcanlı müsabiqələr keçiriləcək.

4071391

captcha