IQNA

BƏƏ-də uşaqlar üçün Quran hifzi kurslarına qeydiyyat başlayıb

15:29 - July 19, 2022
Xəbər sayı: 3492578
Abu Dabidə uşaqlar üçün yay Quran hifzi kurslarına qeydiyyat başlayıb. Bu kurslarda tələbələrə Quranın düzgün qiraəti və Həzrət Peyğəmbərin (s) həyatı ilə tanışlıq da öyrədilir.

"İQNA", "Xəlic Times"-a istinadən xəbər verir ki, Əbu-Dabi Məclisi tərəfindən BƏƏ-nin İslam İşləri Baş İdarəsi və Vəqfi ilə əməkdaşlıq çərçivəsində uşaqlar üçün Quran hifzi kursları fəaliyyətə başlayıb. Bu proqram avqustun 4-dək davam edəcək.

Bu Quran elmləri mərkəzlərində tələbələr Allahın dinini və Peyğəmbərin (s) sünnəsini başa düşməkdə təsirli olan Quran oxumağın qaydalarını, Peyğəmbər (s) həyatı və İslam ədəblərini öyrənirlər. Bu mərkəzlər tələbələri Qurani-Kərimi öyrənməyə və əzbərləməyə həvəsləndirmək üçün onlara mükafatlar verir.

4071789

captcha