IQNA

İtalyan dilində ilk dua kitabı nəşr edilib

8:33 - July 21, 2022
Xəbər sayı: 3492588
"Nurun pilləkənləri" 3 məşhur duanın italyan dilinə tərcüməsini ehtiva edən kitabın adıdır. Bu kitabda həmçinin duaların hər biri haqqında qısa izah var. Bu dualarda insanla Allah arasındakı əlaqənin dərin və incə məzmunu var ki, İslamın mənəvi dünyagörüşünü hərarətli sözlərlə ifadə edir.

"İQNA"-nın verdiyi məlumata görə, Qədir-Xum bayramı münasibətilə İtaliyanın İmam Mehdi (ə) İslam İnstitutu "Nurun pilləkənləri" adlı kitab çap edib. Bu kitabda Əmirəlmöminənə (ə) nisbət verilən ən məşhur dualardan ibarət üç dua nəşr edilib.

Bu kitabın duaları arasında "Sabah" duası, "Kumeyl" duası və Əmirəlmöminin (ə) Kufə məscidində etdiyi münacatı var. Bu kitabda duaların ərəbcə mətni və onların italyan dilində tərcüməsi var. Həmçinin duaların hər biri haqqında qısa izah da var.

Bu kitab İtaliyada və italyan dilində nəşr olunan ilk cib dua kitabıdır.

İmam Mehdi (ə) İslam İnstitutu İtaliyada 2004-cü ildə fəaliyyətə başlayan ilk və ən mühüm şiə qurumlarından biridir. Höccətül-islam vəl-müslimin Damiano Abbas de Palma, ilk və hazırda yeganə italyan şiə din xadimidir ki, bu müəssisənin müdiridir.

4071835

captcha