IQNA

Ayasofya məscidinin tarixi və memarlıq əhəmiyyəti kitab oldu

9:26 - July 25, 2022
Xəbər sayı: 3492607
Ayasofyanın məscidə çevrilməsinin ikinci ildönümü münasibəti ilə Türkiyədə bu məscidin tarixindən və bu binanın memarlıq xüsusiyyətlərindən bəhs edən iki kitab nəşr olunub.

"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, Ayasofyanın məscidə çevrilməsinin ikinci ildönümü ərəfəsində Türkiyədə məscidin memarlığının təfərrüatlarını və onun məscidə çevrilməsinə türklərin reaksiyasını əks etdirən kitablar nəşr olunub. Bu bina 24 iyul 2020-ci ildə məscid kimi fəaliyyətə başlamışdır.

Türkiyə Kommunikasiya Departamenti İstanbulda Ayasofya məscidinin yenidən açılışının ikinci ildönümünə bir gün qalmış iki kitabın təqdimatını keçirib. Bu idarə şənbə günü verdiyi açıqlamada bu kitabların məscidin memarlıq xüsusiyyətlərini və bu ölkə xalqının bu binanın istifadəsinin dəyişdirilməsinə reaksiyasını əks etdirdiyini açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu binanın memarlıq xüsusiyyətləri ilə bağlı kitabın müqəddiməsinin müəllifidir. O, Ayasofya Məscidinin açılışının tarixi əhəmiyyətinə işarə edərək yazıb: "Ayasofyanın məscidə çevrilməsi təkcə türk millətinin deyil, bütün dünya müsəlmanlarının gerçəkləşmiş arzusudur".

4072868

 

captcha