IQNA

Misirli qarilər Quranla üns məclisi keçiriblər

11:15 - August 01, 2022
Xəbər sayı: 3492647
Quran qiraəti məclisi Misirin böyük qariləri tərəfindən Əl-Rəhmə məscidində və bu ölkənin vəqflər nazirinin iştirakı ilə Qahirədə keçirilib.

“İQNA”, “Əlvifd”-ə istinadən xəbər verir ki, Qurani-Kərimin tilavəti məclisi Misirin böyük qariləri tərəfindən bu ölkənin vəqflər nazirinin hüzurunda və Qahirənin Əl-Rəhmə məscidində keçirilib.

Bu mərasimdə Qarilər Birliyinin rəhbəri Şeyx Məhəmməd Əhməd Saleh Həşd, Şeyx Məhəmməd Mahmud Əl-Xəşht, Şeyx Məhəmməd Taha Əl-Nomani, Şeyx Əhməd Təmim Əl-Maraği, Şeyx Vəlid Yəhya Əl-Şərqavi, Şeyx Məhəmməd Fəthullah Beybars, Şeyx Fəthi Abdul-Monim Xalif, Şeyx Abdul-Latif Al-Azb Vəhdan, Şeyx Yusif Qasim Halavə və digər Misirin tanınmış qiraətçiləri iştirak edirdilər.

Qarilər Birliyinin rəhbəri Şeyx Məhəmməd Əhməd Saleh Həşad təsdiq edib ki, Vəqflər Nazirliyi İlahi Kitaba xidmətdə səylərini əsirgəmədiyinə işarə edərək deyib: “Böyük qarilərin iştirakı ilə Quran qiraəti məclisləri keçirilib. Biz bu məclislərdə insanların indiyə qədər görünməmiş iştirakının şahidi olduq”.

4074603

captcha