IQNA

Allahı yad etməyin həyatdakı rolu

18:29 - August 14, 2022
Xəbər sayı: 3492723
İnsan fitrətində Allahla ünsiyyətə can atır. Allahı yad etməyin və Onunla ünsiyyətdə olmağın dadını dadırsa, ondan həzz alır. Lakin bəzən xatırladılması lazım olan diqqətsizlik və ya unutqanlıqdan əziyyət çəkir. Bu xatırlatma zikr adlı məfhumda vurğulanır ki, dərəcələri var.

İmanı gücləndirən və sabitləşdirən, insan qəlbinin Allaha doğru mənəvi hərəkətini sürətləndirən yollardan biri də zikrdir. Zikr unutmaq və etinasızlıqdan fərqli olaraq xatırlamaq (ruhda məna varlığı) deməkdir. Allah Öz peyğəmbərinə “Müzəkkir” ləqəbi verib ki, bu da xatırladan deməkdir: "(Ya Peyğəmbər! Mənim bəndələrimə) xatırlat. Sən ancaq xatırladansan. Sən onların üzərində hakim6 deyilsən!" (Ğaşiyə, 21 və 22).

İnsan öz fitrətində Allahla ünsiyyətə can atır. Ona görə də xatırlamaqdan, yanında olmaqdan həzz alır. Amma bəzən laqeyd qalır və ya unudur və xatırlatmağa ehtiyac duyur. Zikrin dərəcələri və mərtəbələri vardır: Bunlar dil zikri və qəlb zikridir. Dil zikri, hər bir işdə Allahın adını söyləmək, dua və zikrlər oxumaq və ilahi adları ehtiva edən dildə Uca Allaha həmd və şükür etmək deməkdir.

Bu zikr insanın rəftar və əməllərinə təsir göstərməklə onu Allaha doğru hərəkət yoluna çıxarır və imanını daha da gücləndirir. Digər tərəfdən dil qəlbin batini dəyişikliyinin təzahürü olduğu üçün demək olar ki, dil və qəlbin Allaha diqqətlə bağlı əlaqəsi qarşılıqlı təsirə malikdir.

Allaha əhəmiyyət verməyən insan, nə qədər maddi və zahiri ləzzət və mənfəətlər əldə etməyə çalışsa da, Allahpərvər və kamaltələb fitrətinə görə əldə etdiyi ləzzətlər onu qane etməyəcək. Ona görə də heç vaxt aram olmayacaq. O, ya həmişə sahib olmadığı şeylər üçün darıxır, ya da əldə etdiyi şeyləri itirməyin qorxusu və kədəri içərisindədir. Belə bir insan problem, narahatlıq və uğursuzluqla qarşılaşdıqda tez kədərlənir, narahat olur. Həmçinin həyatı özü üçün çətin və ağrılı görür.

Amma Allahı yeganə sığınacağı kimi bilən və Allahın onun həyatını diqqətlə izlədiyini və bütün dünyaya hakimliyin Ona aid olduğunu bilən insan dünyanın keçici ləzzətlərinə aldanmaz. O, bilir ki, əlində olan əmanətdir və ondan mənəvi tərəqqi yolunda istifadə etməlidir. Ona görə də dünyaya və onun nemətlərinə çatmağı qarşısına məqsəd qoymur. Beləliklə, o, heç nə itirməkdən narahat deyil. və ya nəyisə itirəndə kədərlənmir.

Ad:
E-poçt:
* Comment:
captcha