IQNA

İspan məşqçinin mərakeşli futbolçunu təqdim edərkən Qurandakı ayələrə istinad etməsi

10:21 - August 24, 2025
Xəbər sayı: 3498741
İQNA - İspaniyanın “Real Valyadolid” klubunun idman direktoru, komandanın mərakeşli futbolçusunu təqdim edərkən Qurani-Kərimin ayələrinə istinad edib.

“İrəm Nyuz”un məlumatına görə, “Real Valyadolid” klubunun idman direktoru Viktor Orta, mətbuat konfransında komandanın mərakeşli oyunçusu Məhəmməd Cubu təqdim edərkən Qurani-Kərimdən ayələr oxuyaraq zalda olanları təəccübləndirib.

Orta, çıxışına “Nəcm” surəsinin 39, 40 və 41-ci ayələrini «وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَى وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَى ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَى») zikr etməklə başlayaraq deyib:

“İnsan yalnız öz zəhmətinin bəhrəsini alacaq və buna görə mükafatlandırılacaq. Ümid edirəm ki, bu mükafat sizin bu klubdakı uğurunuz olacaq və bu uğur hamımız üçün bir uğur olacaqdır.”

Bu təşəbbüs – İspaniyada futbolçuların təqdimat mərasimlərində adi olmayan bir hal kimi – həm mərakeşli futbolçunun zəhmətinə ehtiram əlaməti, həm də onun şəxsi öhdəliyinin əhəmiyyətini vurğulayan mədəni bir addım kimi dəyərləndirilib.

Qeyd edək ki, mərakeşli futbolçunun rəsmi təqdimat mərasimi 5 avqustda keçirilməli idi, lakin tərcüməçinin olmaması səbəbilə təxirə salınıb.

Rəsmi təqdimat zamanı isə Orta vurğulayıb ki, Məhəmməd Cub klubun “birinci seçimidir”.

23 yaşlı futbolçu isə çıxışında bu komanda ilə gələcəyinə diqqət çəkərək deyib: “Mən indi yalnız “Real Valyadolid”i düşünürəm. Bu il çox önəmlidir və mən daha çox, daha yaxşı məşq edib oynamaq istəyirəm.”

4301208

captcha