IQNA

Misirdə Məscid Memarlığı üzrə Üçüncü Beynəlxalq Seminar keçiriləcək

9:04 - August 21, 2025
Xəbər sayı: 3498729
İQNA - Misirin İsgəndəriyyə Kitabxanasında üçüncü beynəlxalq məscid memarlığı seminarı keçiriləcək.

“İQNA”-nın “bibalex”-ə istinadən verdiyi xəbərə görə, İsgəndəriyyə Kitabxanasının İslam Sivilizasiyası Araşdırmaları Mərkəzi (Bibliotheca Alexandrina) ilə Səudiyyə Ərəbistanının “Abdullatif Al Fozan Məscid Memarlığı Mükafatı” əməkdaşlıq çərçivəsində “Məscidlərdə minarə memarlığının təkamülü: köklər, rol və kimlik – gələcəyə baxış” mövzusu ilə üçüncü beynəlxalq məscid memarlığı seminarını keçirəcək.

Konfrans 2025-ci il avqustun 27–28-də İsgəndəriyyə Kitabxanasının konfrans zalında təşkil olunacaq.

Seminarda Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Suriya, Yəmən, İspaniya və Türkiyədən alimlər iştirak edəcəklər.

Seminarda müzakirə olunacaq mövzular bunlardır:

Minarə memarlığı: “Abdullatif Al Fozan Məscid Memarlığı Mükafatı”nı qazanmış məscidlərin minarələri;

Məscid memarlığında minarə: rəmz, funksiya və gələcək

İslam şəhərinin vizual-estetik formalaşması və minarə memarlığı;

21-ci əsr üçün minarə dizaynı standartları;

Minarələr: ədədi əlaqə və planlaşdırma;

Minarənin müqəddəs keçmişlə gələcək ehtiyaclar arasında müasir bir simvol kimi rolu;

Müasir memarlıqda minarəsiz məscidlər;

Müasir məscid dizaynında minarənin zəruriliyi;

Avropa minarələri: Salonikidən İsveçrəyədək;

Qahirədə Osmanlı minarələrinin mövqeyi, forması və bəzəkləri baxımından təkamülü;

Minarədə tətbiq olunan İslam şəhərinin vizual-estetik formalaşması;

Misirdə minarə memarlığında Məğrib–Əndəlus təsirləri;

Moğol–Hind minarə memarlığı: dini, funksional və simvolik aspektlər;

Mərkəzi Asiyada qorunub qalmış ilkin minarə memarlığı;

16-18-ci əsrlərdə Qərbi Avropada qeyri-ənənəvi minarələrin təsirləri;

Osmanlı dövründən Məhəmməd Əli sülaləsinin sonuna qədər Misirdə minarələrin siyasi tətbiqi;

Əndəlusda ilk üməvi minarələri.

Seminar çərçivəsində həmçinin memarlıq, arxeologiya və incəsənət ixtisasında təhsil alan tələbələr üçün “Məscidlərin dizaynı və memarlığı: gələcəyə baxış” adlı təlim seminarı da keçiriləcək.

4300891

Teqlər: məscid ، minarə ، memarlıq ، seminar ، misir
captcha