IQNA

Qəzzada şəhidlərin sayı 62 min 64 nəfərə çatıb

11:27 - August 20, 2025
Xəbər sayı: 3498722
İQNA - Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında elan edib ki, 7 oktyabr 2023-cü ildən sionist rejimin Qəzzaya qarşı müharibəsinin başlanmasından indiyədək şəhidlərin sayı 62 min 64 nəfərə yüksəlib.

“Əl-Cəzirə”nin məlumatına görə, Qəzzadakı Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində sionist rejimin hücumları nəticəsində 60 şəhid (o cümlədən dağıntılar altından çıxarılan 2 nəfər) və 343 yaralı Qəzza xəstəxanalarına yerləşdirilib.

Hələ də bir sıra qurbanlar dağıntılar altında və ya küçələrdə qalıb və xilasedici qüvvələr indiyədək onlara çata bilməyiblər.

Nazirliyin sözlərinə görə, 7 oktyabr 2023-dən indiyədək şəhidlərin sayı 62 min 64 nəfərə, yaralıların sayı isə 156 min 537 nəfərə çatıb.

18 mart 2025-dən bu günədək isə 10 min 518 şəhid və 44 min 532 yaralı qeydə alınıb.

Qida təmin etməyə çalışarkən şəhid olanların arasında son 24 saat ərzində 31 şəhid və 197 yaralı xəstəxanalara gətirilib. Bununla da bu qrup üzrə şəhidlərin ümumi sayı 1996 nəfərə, yaralıların sayı isə 14 min 898 nəfəri ötüb.

Həmçinin Qəzza xəstəxanaları ötən gün aclıq və qidalanma çatışmazlığı səbəbindən 3 nəfərin şəhid olduğunu təsbit edib. Bununla da Qəzza zolağında aclıq və qidalanma çatışmazlığından həlak olanların sayı 266 nəfərə, o cümlədən 112 uşağa yüksəlib.

4300750

captcha